Icma.az
close
up
RU
Şəki bayram tətilinə hazırdır: Hotellərdə doluluq faizi maksimuma çatıb

Şəki bayram tətilinə hazırdır: Hotellərdə doluluq faizi maksimuma çatıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəki, 29 dekabr, Rasim İslamoğlu, AZƏRTAC

Qarşıdan bayram tətili günləri gəlir. İnsanlar bir həftəlik istirahət günlərini daha mənalı və yaddaqalan keçirmək üçün indidən seçim edirlər. Tətilini bölgələrdə keçirmək istəyənlər az deyil. İlk növbədə, tarixi və qədim məkanlara, turizm infrastrukturu olan rayonlara üz tutanların sayı hər gün artır. Bu baxımdan qədim Şəki turistlərin üstünlük veridiyi məkanlardandır. Qədim şəhərin küçə və meydanları, tarixi məkanları ilin bütün fəsillərində qonaqlı-qaralı olur desək, yanılmarıq. Bununla yanaşı, rayonun artıq kəndlərində yeni turizm infrastrukturu təşkil olunub ki, bu da bölgələrdə bir ilk sayılır. Bəs, Şəkidə bayram tətilinə necə hazırlıq görülür?

Şəki təkcə ölkəmizdə deyil, dünyada memarlığına, tarixi abidələrinə görə tanınır.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, 2700-dən çox yaşı olan və tarixi irsi özündə birləşdirən bu qədim şəhərə üz tutanları burada yetərincə maraqlı məkanlar, yaddaqalan anlar gözləyir. Turizm meneceri Aqil Məsimov deyir ki, son illər şəhərdə, eləcə də kəndlərdə turizm sektorunda canlanma var. Xüsusən motel, hostel, butiklərə, eləcə də kənd evlərinə maraq xeyli artıb.

Aqil Məsimov son illərdə Şəkidə 20-dən artıq otel, hostel və butikin fəaliyyətə başladığını və hər birinin tam şəraitli olduğunu, hətta günlük evlərin də şəraitinin yaxşılaşdığını bildirir. “Bir məsələni də qeyd edim ki, Şəkidə “afreym” evlərin də sayı çoxalır. Xüsusən isti hovuzlu “afreym”lərə daha çox üstünlük verildiyi üçün qış aylarında onlara tələbat artır”, - deyən turizm meneceri vurğulayıb ki, Şəkidə normal şəraiti olan evlərin qiyməti 4-5 nəfərlik ailə üçün 60 manat-150 manat arasında dəyişir. Hotellərdə 2 nəfər üçün 90 manat-150 manat, villa tipli evlərdə 150-200 manat, isti hovuzlu “afreym” və “kapsul” evlərdə 150- 350 manat arasında yer tapmaq olar.

Tətil günləri yolu Şəkidən, yaxud bölgədən düşənlərə xatırlatmaq istədiyimiz bir vacib mövzu da var. Bu da şəhərin mədəni həyatı ilə bağlıdır. Belə ki, qonaqlar və onların azyaşlı ailə üzvləri Şəki Dövlət Dram Teatrında Yeni il üçün hazırlanan tamaşalara baxa bilərlər.

Dünya memarlıq incisi Şəkidə sənətkarlığa xüsusi önəm verilir, bu baxımdan şəbəkə sənəti xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, dünyada və Azərbaycanda ilk şəbəkə mərkəzi də bu qədim şəhərdə fəaliyyət göstərir. Mərkəzin əməkdaşı, şəbəkə ustası İlqar Rəsulzadə yeni əl işlərini təqdim etməklə yanaşı, müxtəlif ölkələrdən gələn qonaqlara ustad dərslərinin veriləcəyini söyləyir: “Bizim şəbəkə mərkəzimiz il boyu fəaliyyət göstərir. İl boyu turistlərin xidmətindəyik. Bizdə əl işlərinin sərgisi, eləcə də qonaqlar üçün ustad dərsləri təşkil olunur. Bayram tətili günlərində həm yerli, həm də xarici turistlər bizim ustad dərslərində iştirak edə, şəbəkə sənəti ilə daha yaxından tanış ola bilərlər”.

Turizm meneceri Aqil Məsimov son illər ölkəmizdə daxili turizmdə yetərincə canlanma müşahidə olunduğunu, qonaqların kənd turizminə böyük maraq göstərdiyini bildirir. Elə bu səbəbdəndir ki, rayonun kəndlərində bir neçə yeni turizm-istirahət mərkəzi fəaliyyətə başlayıb. Belə mərkəzlərdən biri rayonun Baş Zəyzid kəndində, dağların qoynunda yerləşir.

Turizm-istirahət mərkəzinin nümayəndəsi Xanlar Həşimzadə ilə söhbət edirik. Deyir ki, dağlar və meşələrlə əhatə olunan bu məkanda “kapsul ev”, yəni modul ev, eləcə də “afreym” evlər fəaliyyət göstərir: “Məqsədimiz qonaqların şəhərin səs-küyündən uzaqlaşıb rahat istirahət edə biləcəyi, unudulmaz istirahət keçirəcəyi bir şəraiti yaratmaqdır. Bunu da nail ola bilmişik. Qiymətlərə gəldikdə, ilin fəsillərinə görə dəyişir və müştərilərimizə həmişə endirimlər edirik”. X.Həşimzadə turizm-istirahət mərkəzində dağ çayının sularından istifadə olunduğunu, məkana üz tutanların orqanik kənd məhsullarından faydalandığını, eləcə də dağ və meşə gəzintisində iştirak etməklə təbii giləmeyvələrdən toplayıb aparmaq imkanı qazandıqlarını da vurğulayır.

Şəki-Zaqatala Regional Turizm İdarəsindən verilən məlumata görə, Şəki rayonunda 42 yerləşmə müəssisəndə 838 nömrə fondu var və qarşıdan gələn bayram günlərində əksər yerləşmə müəssisələrində bayram paketi formasında satış həyata keçirilib və doluluq faizi maksimum səviyyədədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:21
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri