Şəki penitensiar müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
APA Penitensiar xidmətə istinadən xəbər verir ki, məhkum Ruslan Məmməd oğlu Əhmədovla görüşə gəlmiş həyat yoldaşının üzərinə baxış keçirilən zaman idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd “BM 222” markalı mobil telefon aparatı, 1 ədəd danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















