“Şəki PFK” sponsoru ilə əməkdaşlığı dayandırıb
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Son günlər “Şəki PFK”nın sosial media hesablarında bəzi futbolçularla yolların ayırması ilə bağlı paylaşımlar fonunda ictimaiyyət arasında müxtəlif mülahizələr və suallar formalaşıb. Bu səbəbdən ictimaiyyətə məlumat verməyi zəruri hesab edirik”.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, “Şəki PFK”nın sponsoru olan şirkət tərəfindən təyin edilən idarəçilərin fəaliyyəti ilə bağlı aralarında yaranmış anlaşılmazlıq və bütün bunların klubun maraqlarına zidd olduğunu nəzərə alaraq həmin şəxslərlə əməkdaşlığa xitam verilib.
“Həmçinin, sponsorun klub qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı müvafiq addımlar atılıb.
Cari mövsümün ikinci dövrəsindən etibarən komandanın ev oyunlarını Şəki şəhərində keçirməsi və daha dayanıqlı idarəetmə modeli tətbiq olunması planlanır.
İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Fevral 2026 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















