“Şəki” restoranının neçəyə satıldığı bilindi Fantastik məbləğ
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.
Bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub.
Bildirilir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib. Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.
“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.
Qeyd edək ki, “Şəki” restoranı Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası səbəbindən sökülüb.
Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti – “Şuşa” restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon verilib. Obyekt sahibi bu məbləğə görə narazılıq edir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 20 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















