Şəki Siti ilə matça çox ciddi köklənmişik Quba nın bombardiri
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2-ci Liqanın 11-ci turunda ən maraqlı matçlardan biri "Şəki Siti"nin ev oyunlarını keçirdiyi "Rekord Arena"da baş tutacaq. Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənov sərəncamındakı kollektivi sabiq komandası "Quba" ilə 3-cü yer uğrunda önəmli matça çıxaracaq. "Quba"nın bombardiri, cari mövsüm 12 qola imza atan hücumçu Vidadi Cəfərovla əlaqə saxlayıb dekabrın 1-də baş tutacaq qarşılaşmadan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizim üçün hər oyun vacibdir. "Şəki Siti" ilə matça çox ciddi köklənmişik. Səfər qarşılaşmasına hazırlığımız davam edir. Hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı önəmli matçdan da qələbə ilə dönmək fikrindəyik.
Hər oyunda qol vurmağa, komandama uğur qazandırmağa çalışıram. Əsas olan qələbədir. Qələbə qazanmaq həqiqətən çox gözəl hissdir. Bu duyğuları neçə turdur ki, yaşayır, qələbənin şirinliyini dadırıq. Uğurun ardını gətirməyə çalışacağıq. Ümid edirəm ki, bundan sonra da qollar vuraraq komandama yardımçı olaram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















