Şəki teatrında “Varlı qadın” tamaşasının məşqlərinə başlanılıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəki, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında daha bir səhnə əsərinin – Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın“ əsəri əsasında eyniadlı tamaşanın masaarxası məşqlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Xəyal Salahov, Rəşid Mirizadə, Pərviz İsmayılov, Rəsul Məmmədrəhimov, Nazilə İmamhüseynova, Arzu Mustafayeva, Sənubər İsrafilova, Elvin Mabudov, Arzuman Abdullazadə, Nuranə Mirzəliyeva, Nərmin Nəbiyeva, Gülxar İmamhüseynova, Cavidan Eminov, Yaqub Lətifzadə ifa edirlər.
Tamaşanın noyabrda teatrsevərlərə təqdim olunması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Oktyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















