Şəki yaylası nda problem dəfələrlə olurmuş... Görüntülər yayıldı (Video)
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Şəki yaylası"nda baş verən faciəvi hadisədən sonra sosial şəbəkələrdə ərazidəki kanatla bağlı müxtəlif görüntülər və paylaşımlar yayılmağa başlayıb.
Milli.Az xəbər verir ki, instagram istifadəçisi Cəmilə Xasıyeva da hadisədən bir həftə əvvəl həmin ərazidə həyat yoldaşı ilə kanata mindiyini bildirib. O, istirahət məkanından çəkdiyi videonu paylaşaraq təhlükə ilə bağlı narahatlığını ifadə edib.
Onun sözlərinə görə, kanata minməzdən əvvəl qorxduğunu və işçidən onu növbəti reysə buraxmamasını xahiş edib. Lakin bu istəyinə məhəl qoyulmadığını qeyd edib.
Sosial şəbəkələrdə yayılan görüntülər arasında bundan başqa, kanatla bağlı daha bir oxşar hadisənin görüntüləri də yer alıb. Həmin videonun hansı tarixdə və hansı şəraitdə çəkildiyi ilə bağlı isə hələlik ətraflı məlumat yoxdur.
Qeyd edək ki, "Şəki yaylası"nda baş verən faciə ilə bağlı araşdırma aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















