Icma.az
close
up
RU
Şəki Zaqatala rayonlarının aqroturizm məklanlarına mediator təşkil edilib

Şəki Zaqatala rayonlarının aqroturizm məklanlarına mediator təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qəbələ-Şəki-Zaqatala , 11 iyul, AZƏRTAC

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qəbələ, Şəki və Zaqatala rayonlarını əhatə edən mediatur jurnalistlər tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tur çərçivəsində media nümayəndələri “Şəhərdən kəndə” layihəsi əsasında dəstək göstərilən yerli təsərrüfatlara gedərək, orada görülən işlərlə yaxından tanış olublar.

İştirakçılar əvvəlcə Qəbələdə fəaliyyət göstərən fermer Səbuhi Nəbiyevin rəhbəri olduğu “Tofiqoğlu” təsərrüfatında olublar. Fermer arıçılıqla məşğul olduqlarını və bu sahədə həyata keçirdikləri işlər barədə məlumat verib. Qeyd olunub ki, fermer yerli və beynəlxalq sərgilərin fəal iştirakçısı kimi məhsulları bir çox sertifikatlara layiq görülüb.

Sonra media nümayəndələri Şəkinin Öryət kəndində yerləşən "Bio Garden" aqroturizm təsərrüfatına gəliblər. Məlumat verilib ki, “Bio Garden” 8 hektarlıq bir ərazini əhatə edir. Bu ərazilər əvvəllər bataqlıq bir yer olub. Təsərrüfat sahibi Ehtibar Nuriyev buranı illərlə becərərək bu gün üçün Cənubi Qafqazda hələlik bənzəri olmayan bir məkana çevriməyi bacarıb. Son 7 ildə fasiləsiz çalışan məkanda dünyanın bütün qitələrindən meyvə və giləmeyvələr yetişdirilir. Flora və faunası ilə yanaşı heyvanat və quş aləmi də rəngarəngdir. Son illər dünyanın müxtəlif ölkələrindən 120 mindən çox insan buranı ziyarət edib.

Mediaturun növbəti günündə jurnalistlər Zaqatala rayonunun Yuxarı Tala kəndində fəaliyyət göstərən “Eko Zaqatala” təsərrüfatına yolanıblar. Mövlədddin Qurbanəliyevin rəhbərlik etdiyi ailə təsərrüfatı nəsildən-nəslə ötürülən, tarixi ənənələri olan bir məkan kimi bilinir. Məlumat verilib ki, arıçılıqla məşğul olan Qurbanəliyevlərin əksər ailə üzvü bu gün bu şərəfli peşəni davam etdirməklə yanaşı aqroturizm sektorunda da yeniliklərə imza atmaqdadır. “Şəhərdən-kəndə ” layihəsi çərçivəsində bir çox təlim və seminarlara qatılan təsərrüfat rəhbəri məkan üçün bir sıra mal və avadanlıqlarla təmin olunub.

Eko məkanda jurnalistlər üçün mədəni proqram da tərtib edilib.

Günün ikinci yarsı isə media nümayəndələri Zaqataladan olan fermer Elman Yüzbaşovun “Hope Lake” adlı məkanda olub, buranı gəzib, məlumat əldə ediblər.

Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən bu kimi təşəbbüs həm yerli istehsalın təşviqi, həm də ictimaiyyətin kənd təsərrüfatı sahəsində aparılan işlər barədə dolğun məlumatlandırılması baxımından əhəmiyyətlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri