Şəkidə AĞIR QƏZA: Ölənlər var FOTO YENİLƏNİB
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Şəkidə qəzada ölən və xəsarət alanların şəxsiyyətləri bilinib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişini - Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və "Mercedes"in sürücüsü - Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
VAZ-ın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
***11:18
Şəkidə ağır yol qəzası olub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Suçma kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində ölüb. Daha bir nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:79
Bu xəbər 19 Mart 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















