Şəkidə avtomobil qəzası: Ürəktutması sürücünü həyatından etdi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Şəkidə avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a verilən məlumata görə, iyulun 4-də axşam saatlarında Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkət edən "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.
Hadisə nəticəsində avtomobilin sürücüsü, 70 yaşlı Akif Əliyev yerindəcə ölüb. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında ürəktutması olub.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:102
Bu xəbər 05 İyul 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















