Şəkidə çay dərəsinə yıxılan şəxs xəstəxanaya yerləşdirildi
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhəri ərazisində vətəndaşın çay dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1952-ci il təvəllüdlü M.Əzəmmədova təxminən 30m hündürlükdən çayın dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 07 Yanvar 2026 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















