Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti sabitdir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəki, 2 dekabr, AZƏRTAC
Şəki rayonunun Kiş kəndində yaşayan Abdullayevlər ailəsinin dörd üzvü xəstəxanaya yerləşdirilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-a verilən məlumata əsasən Kiş kənd sakinləri 30 yaşlı Taryel Abdullayev, həyat yoldaşı 31 yaşlı Billur Abdullayeva, eləcə də övladları 5 yaşlı Fərid və 1 yaşlı Məhəmməd dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Ailə üzvlərinə xəstəxananın Təcili tibbi yardım şöbəsində ilkin tibbi yardım göstərilib. Onlar daha sonra palataya köçürülüblər.
Həkimlər ailə üzvlərinin vəziyyətlərinin sabitləşdiyini, həyatı təhlükənin sovuşduğunu bildirib. Abdullayevlərin müalicəsi xəstəxanada davam etdirilir.
Hadisənin təfərrüatı araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Dekabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















