Şəkidə əsas kapitala yönəldilən investisiyanın həcmi 2,2 dəfə artıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Şəki, 4 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2025-ci ildə Şəki rayonunda iqtisadiyyatın inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 122 milyon 835,1 min manat investisiya yönəldilib. Bu əvvəlki illə müqayisədə 66 milyon 279,9 min manat və ya 2,2 dəfə çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, istifadə edilən investisiyanın 53 milyon 908,1 min manatı və ya 43,9 faizi dövlət, 68 milyon 927 min manatı və ya 56,1 faizi qeyri-dövlət mülkiyyətinin payına düşüb. Əsas kapitala yönəldilən investisiyanın 70 milyon 88,9 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu, əvvəlki illə müqayisədə 51,4 faiz çoxdur.
Hesabat dövründə rayonda ümumi sahəsi 42 min 96 kvadratmetr, dəyəri 6 milyon 314,4 min manat olan 329 fərdi yaşayış evi inşa edilib. Fərdi evlərin 163-ü şəhər, 166-sı isə kənd ərazisindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 04 Fevral 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















