Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəki, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün 60 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 21 min hektarına buğda, 39 min hektarına isə arpa səpiləcək. Rayonun Şorsu, İnçə, Daşbulaq, Daşüz, Öryət, Çeşməli, Baş Zəyzid və digər kəndlərin ərazilərindəki təsərrüfatlarda bir neçə gündür ki, dən üçün arpa səpininə başlanılıb. İlk günlər bu ərazilərdə 719 hektardan çox sahəyə arpa toxumu səpilib. Səpin aparılan sahələrə 67 ton mineral gübrə verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 46 min hektaradək sahədə şum qaldırılıb. Səpin üçün 11 min 950 ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 3 min 660 ton sertifikatlaşmış toxum hazırlanıb və proses davam edir. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Ümumilikdə, səpin kampaniyasına 381 ədəd şum traktoru, 245 ədəd kotan, 120 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















