Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Redaktor.az xəbər verir ki, oxu.az-a daxil olan məlumata əsasən, hadisə qoşaçarxlı kanat tipli qurğudan istifadə zamanı baş verib.
Məlumata görə, Bakıdan Şəki şəhərinə istirahətə gedən 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov qurğudan istifadə edərkən trosun və qurğunun digər hissələrinin texniki vəziyyəti yoxlanılmayıb. Onlar qurğuda hərəkətdə olarkən kanat tipli qurğunun asılqanlı diyircəyinin trosdan çıxdığı bildirilir.
Hadisə nəticəsində hər iki şəxs dünyasını dəyişib.
Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verib. İlkin məlumatda kanat yolunun trosunun qırılması nəticəsində iki nəfərin yüksəklikdən düşərək öldüyü bildirilmişdi. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 09 Sentyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















