Şəkidə tarixi məbədə 5 milyon manat xərclənəcək
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində açılış üçün avadanlıqların quraşdırılmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıq işlərinə başlayıb.
Agentlik qoruq ərazisində açılış üçün avadanlıqların quraşdırılması işlərinin icrasını yerli şirkətə həvalə edib. Bunun müqabilində şirkətə 5 023 809 manat ödəniləcək.
Qeyd edək ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır.
Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib.
Baxış sayı:70
Bu xəbər 09 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















