Icma.az
close
up
RU
Şəkidə teatr festivalı başa çatdı FOTO

Şəkidə teatr festivalı başa çatdı FOTO

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həmidə Kukla Teatri MX: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi və birgə təşkilatçılığı ilə keçirilən IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.

Bakupost.az xəbər verir ki, Dekabrın 1-də başlayan və beş gün davam edən festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub. Beynəlxalq festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistan respublikalarından gələn teatr kollektivləri də iştirak ediblər.

Festivalın sonuncu günü, dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara türk dramaturqu Əziz Nesinin “Toros canavarı” sosial komediyası əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşada rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Emil Salmanov, Samir Abbasov, Akif Səfərov, Həsən Cəfərov və Elmir Məmmədov ifa ediblər.

Bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, festivalın keçirilməsinə göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə, teatr kollektivlərinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin Teatr sektorunun rəhbəri Böyükxanım Talıbova festivalın Şəkinin, eləcə də Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb, 145 illiyini qeyd edən Şəki teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb. Nazirliyin rəsmisi festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.

Şəki Dövlət Dram Teatrı və Şəki Şəhər İcra Hakimiyyəti adından Gəncə Dövlət Milli Dram Teatrının kollektivinə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri