Şəkidə yol qəzasında sürücü ölüb: 81 yaşlı qardaşı xəsarət alıb
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəkidə yol qəzası baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə bu gün Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, 1952-ci il təvəllüdlü Balakən rayon sakini Yusif Muradovun idarə etdiyi "Lada Prioara" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı kolluq əraziyə girib. Hadisə zamanı sürücü Y. Muradov dünyasını dəyişib. Y. Muradovun meyiti Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib.
İlkin müayinə zamanı Y. Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub.
Avtomobildə olan sərnişin, sürücünün qardaşı, 81 yaşlı Ziyafəddin Muradov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 14 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















