Şəkidəki ağır qəza 3 nəfər yaralandı
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Gecə saatlarında Şəkinin Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəza nəticəsində Oğuz rayon sakinləri olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar 36 yaşlı Rahim Salamov, 37 yaşlı Nurlan Həsrətov və Musa Mirzəyevdir.
Hadisə şahidlərinin köməyindən sonra qəzada xəsarət alanlar avtomobildən çıxarılıb və təcili tibbi yardım briqadasına təhvil verilib. İlkin tibbi yardımlardan sonra yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxananın təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir, müayinə və müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:121
Bu xəbər 28 Avqust 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















