Şəkidəki Uşaq evi sosial xidmət müəssisəsində ədəbi bədii proqram nümayiş olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 1 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.
Agentliyin İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçılarına ölkəmizdə uşaq hüquqlarının təminatı sahəsində görülən işlərdən danışılıb.
Müəssisə sakinləri tərəfindən təqdim edilən ədəbi-bədii proqram, müxtəlif musiqi və rəqs nümunələri xoş xatirələrlə yadda qalıb.
Xalq çalğı alətlərində ifa olunan musiqilər, “Xarıbülbül” və “İspan” rəqsi, Hüseyn Cavidin "Qız məktəbində" adlı əsərinə hazırlanan kompozisiya alqışlarla qarşılanıb.
Baxış sayı:77
Bu xəbər 01 İyun 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















