“Şəki”nin futbolçusu: “Klubda maaşla bağlı müəyyən sıxıntılar var idi”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Beş-altı klubdan real təklif gəlib. Bunların arasında birinci, ikinci, hətta Regional Liqa təmsilçiləri də var. Hazırda düşünürəm”.
Bu sözləri Azərbaycan İkinci Liqa təmsilçisi “Şəki”nin futbolçusu Cavid İmamverdiyev deyib.
35 yaşlı yarımmüdafiəçi qış fasiləsində aldığı təklifləri dəyərləndirdiyini, hələlik karyerası ilə bağlı yekun qərar vermədiyini bildirib:
“Buradakı vəziyyət yaxşı olarsa, Şəkidən getmək istəmirəm. Baş məşqçi Elvin Həsənovla işləmək mənim üçün çox rahatdır. Ona görə də qalmaq istəyirəm. Lakin gələn təklifləri də nəzərdən keçirəcəyəm. Hansı variant mənim üçün daha uyğun olarsa, ora gedəcəyəm. Amma klubla razılığa gələ bilsək, yəni verilən vədlər yerinə yetirilsə, burada qalacağam”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.
C.İmamverdiyev maaşların yaxın günlərdə veriləcəyinin klub rəhbərliyi tərəfindən vəd edildiyini də qeyd edib:
“Düzdür, klubda maaşla bağlı müəyyən sıxıntılar var idi. Amma şükür ki, rəhbərlik istəklərimizi nəzərə aldı. Düşünürəm ki, “Şəki” çətinlikləri arxada qoyacaq. Buna ümid edirik. Rəhbərliklə görüşdə həm baş məşqçi, həm də biz futbolçular öz fikirlərimizi bildirdik. İkinci dövrənin daha yaxşı olacağına inanırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Dekabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















