Səkiyə və parka sığmayan qadın yolun ortası ilə hərəkət etdi VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının mərkəzi küçələrindən biri olan Vaqif prospektində yol hərəkəti qaydalarının pozulması kameralara düşüb. Avtosfer.az xəbər verir ki, yaşlı qadın piyadanın hərəkəti səkidən deyil, avtomobillər üçün nəzərdə tutulmuş yolla davam etdirməsi təhlükəli vəziyyət yaradıb.
Videoda aydın görünür ki, prospekt boyunca piyadaların rahat gedişi üçün səki mövcuddur. Hətta həmin ərazidə insanların hərəkəti üçün geniş park da var. Buna baxmayaraq, qadın bütün bu imkanlardan imtina edərək avtomobillərin sürətli hərəkət etdiyi əsas yola çıxıb və özünü təhlükə altına atıb.
Bu cür davranış təkcə piyadanın həyatını riskə atmır, həm də sürücülər üçün qəfil qəza təhlükəsi yaradır. Çünki hər an yolun ortasında gözlənilmədən görünən piyada sürücüləri ani manevr etməyə məcbur edir ki, bu da yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 20 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















