Icma.az
close
up
RU
Səkkiz ildən sonra: 9 qat çempionun 9 xalı İdman və Biz

Səkkiz ildən sonra: 9 qat çempionun 9 xalı İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Misli Premyer Liqasında mövsümün təxminən 1/3 hissəsi arxada qalıb.

İdman.biz xəbər verir ki, ilk 12 turun yalnız təxirə salınan iki oyunu baş tutmayıb.

İki baş məşqçi ilə 9 xal
Çempionatın arxada qalan hissəsinin ən böyük uğursuzu “Neftçi”dir. 9 qat ölkə çempionu mövsüm ərəfəsindəki transferləri və Roman Qriqorçuku baş məşqçi təyinatı ilə iddialı olacağı siqnalı versə də, "ağ-qaralar” nəinki çempionluq, hətta avrokubok mübarizəsindən çox uzaq düşüb.

10 komanda arasında 8-ci olan komanda 9 turdan sonra baş məşqçisini də dəyişib. Qriqorçuk və onu əvəzləyən Samir Abasovun dövründə ümumilikdə 9 xal yığılıb.

Səkkiz ildən sonra
“Neftçi” hər turda orta hesabla 1-dən də aşağı, cəmi 0,75 xal toplayıb. Doqquzqat çempionun 9 xal yığmasının nə qədər acınacaqlı olmasını tarix də göstərir.

Azərbaycan çempionatlarının daimi iştirakçısı 33-cü mövsümündə öz antirekordunu təkrarlayıb. 8 il əvvəl də ağır günlərini yaşayan “Neftçi” ilk 12 oyununda vur-tut 9 xal yığmışdı.

Görünməmiş eniş
Avrokuboklardan kənar qalmaq kimi uğursuzluğun qeydə alındığı ötən mövsümün müvafiq dövründə Bakı klubunun 18 xalı var idi. Bu, indiki göstəricidən 2 dəfə artıqdır.

Tarixə nəzər salsaq, əvvəlki mövsümlə müqayisədə belə eniş olmayıb. İlk dəfə “ağ-qaralar” 12 turdan sonra bir il əvvəlkinin yarısı ilə kifayətlənib.

Tarixdə 6-cı dəfə
Daim liderlər sırasında olan paytaxt təmsilçisi adətən 12 tura 20 və ya daha çox xal yığıb. 33 mövsümdə 6-cı dəfə belə göstərici əlçatmaz olub.

Ümumiyyətlə, “Neftçi” ilk dəfə 2008/09 mövsümündə “20”yə çatmayıb. Düzdür, ilk 4 mövsümdə qələbəyə 3 deyil, 2 xal verilib. Müqayisənin düzgün olması üçün həmin illərdə də indiki qaydanı tətbiq etsək, ilk 4 çempionatdakı 12 turda ən aşağı göstərici 23 xala bərabərdir. İlk dəfə 2008/09 mövsümündə xal hesabında 20-yə çatmayan “ağ-qaralar” 2015-17-ci illərdə ardıcıl üç çempionatda belə uğursuzluq yaşayıb. 2015/16 və 2017/18 mövsümlərində 2008/09-dakı 13 xalla göstərici təkrarlanıb, 2016/17 isə antirekordla yadda qalıb. Sonrakı 5 il daha yaxşı səviyyədə keçsə də, həm ötən, həm cari mövsüm yenə uğursuz başlayıb.

Unudulmaz “92”
“Neftçi”nin tarixində ən yaxşı 12 oyunluq start isə ilk çempionata təsadüf edib. Həmin vaxt Əhməd Ələsgərovun komandası ardıcıl 12 qələbə ilə o vaxtkı qayda ilə 24 xal yığıb. Bu, indiki hesablama ilə 36 xala bərabərdir. Həmin nəticə isə cari mövsümdəkindən 4 qat üstündür.

1992-ci ilin unudulmaz seriyası sonradan startda təkrarlanmasa da, daha üç dəfə 30 xal səddi fəth olunub. Çempionatın ilk 12 oyununun nəticələri 1994/95 və 2000/01 mövsümlərində 32, 1996/97-də isə 31 xala uyğun olub.

“Neftçi”nin ilk 12 oyunda topladığı xallar
1992 - 36
1993 - 23
1993/94 - 23
1994/95 - 32
1995/96 - 27
1996/97 - 31
1997/98 - 20
1998/99 - 21
1999/2000 - 26
2000/01 - 32
2001/02 - 26
2003/04 - 29
2004/05 - 26
2005/06 - 21
2006/07 - 21
2007/08 - 24
2008/09 - 13
2009/10 - 20
2010/11 - 27
2011/12 - 25
2012/13 - 21
2013/14 - 25
2014/15 - 22
2015/16 - 13
2016/17 - 9
2017/18 - 13
2018/19 - 29
2019/20 - 21
2020/21 - 21
2021/22 - 20
2022/23 - 25
2023/24 – 18
2024/25 – 9

Qeyd edək ki, ilk 4 mövsümdə qələbəyə görə 2 xal verilsə də, siyahıda indiki qaydalara uyğun göstərilib.

Vüqar Xeyrullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri