Səkkiz illik həbs tələbi boşa çıxdı: Nazim Xudaverdiyev bəraət aldı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bakıda tanıdığı şəxsin külli miqdarda pulunu alaraq dələduzluq etməkdə təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun iclasda hökm elan olunub. Məhkəmə Nazim Xudaverdiyevin barəsində irəli sürülmüş ittihamın sübuta yetirilmədiyi qənaətinə gəlib və ona bəraət verib. Onun barəsində seçilmiş qətimkan tədbiri də ləğv edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nazim Xudaverdiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs "Our Orchards" MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə edərək ona 153 min 500 manat məbləğində ziyan vurub.
Nazim Xudaverdiyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması) maddələri ilə ittiham elan olunmuşdu. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.
Elgün Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 12 Fevral 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















