Səkkiz “OPEC+“ ölkəsi kvotanı 2025 ci ilin dekabr səviyyəsində saxlayıb
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səkkiz "OPEC+" ölkəsi 2026-cı ilin I rübündə neft hasilatının artırılmasının dayandırılması haqqında qərarı qüvvədə saxlayıb və fevral-mart ayları üçün neft hasilatı kvotalarını 2025-ci ilin dekabr səviyyəsində qoruyub.
Moderator.az xəbər verir ki, bu barədə bəyanat OPEC-in saytında yerləşdirilib.
Sazişin iştirakçıları təsdiq ediblər ki, gündə 1,65 milyon barrel (b/g) qismən və ya tam şəkildə dəyişən bazar konyunkturasından asılı olaraq tədricən geri qaytarıla bilər. OPEC ənənəvi olaraq qeyd edir ki, ölkələr bazar konyunkturasını qiymətləndirməyə davam edəcəklər və hasilatın tədricən artırılması dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər.
Beləliklə, 2026-cı ilin fevral və mart aylarında Rusiya Federasiyasının neft hasilatı kvotası 9,574 milyon b/g, Səudiyyə Ərəbistanının - 10,103 milyon b/g, İraqın - 4,273 milyon b/g, BƏƏ-nin - 3,411 milyon b/g, Küveytin - 2,580 milyon b/g, Qazaxıstanın - 1,569 milyon b/g, Əlcəzairin - 971 min b/g, Omanın - 811 min b/g təşkil edəcək (neftin həddindən artıq istehsalının kompensasiyasını nəzərə alınmadan), bu da 2025-ci ilin dekabr və 2026-cı ilin yanvar səviyyəsinə uyğundur.
"OPEC+" "səkkizliyi"nin növbəti görüşü 1 fevralda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















