Səkkiz sərnişini olan təyyarə Alyaskanın qərbində qəzaya uğrayıb
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səkkiz sərnişini olan çarter təyyarəsi qərbi Alyaskadakı ucqar bir radar stansiyasının yaxınlığında qəzaya uğrayıb. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məlumat yayıb. Agentliyin regional direktoru Klint Conson təyyarədə iki pilot və altı sərnişinin olduğunu bildirib. Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.
Təyyarə Ankoricdən havaya qalxıb və cümə axşamı günortadan sonra Keyp Nyuenhemə eniş edərkən qəzaya uğrayıb. Qəzanın səbəbi hələlik məlum deyil.
Alyaska Hava Xilasetmə Koordinasiya Mərkəzi Keyp Nyuenhem uzaq mənzilli radar stansiyası yaxınlığında təyyarə qəzası barədə məlumat aldıqdan sonra axtarış-xilasetmə əməliyyatına başladığını elan edib. Mərkəz əlavə edib ki, əlavə məlumat əldə edildikdən sonra açıqlanacaq.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Avqust 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















