Sel nəticəsində heyvan sığınacağı yararsız vəziyyətə düşdü Onlarla it tələf oldu
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Abşeron rayounun Pirəkəşkül qəsəbəsində sahibsiz itlərin saxlandığı sığınacaq şiddətli yağıntılardan sonra yararsız vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, yüzdən çox itin yerləşdirildiyi sığınacaqda heyvanların yaşaması daha da çətinləşib.
BARS Sahibsiz Heyvanlara Qayğı İctimai Birliyinin təsisçisi Leyla Axundova Oxu.Az-a açıqlamasında bildirib ki, aramsız yağışdan sonra sığınacağın ərazisində baş verən sel nəticəsində onlarla it tələf olub.
"Bizim öz gücümüzə yaratdığımız sığınacaqda təxminən 130 it yerləşdirilib. Yağışdan 20-yə yaxın it sel nəticəsində tələf oldu. Hazırda bu sığınacağın yerləşdiyi ərazi itlərin yaşaması üçün yararsızdır. Biz itlərin yaşayış üçün daha uyğun bir sahəyə keçirmək çalışırıq. Buna görə insanlardan yardım istəyirik. İndiyədək sığınacağımız sakinlərdən maddi yardımlar sayəsində fəaliyyətini davam etdirib. İndi isə bu itlərin köçürülməsində kömək lazım olacaq", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 19 Aprel 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















