Icma.az
close
up
RU
Səlahiyyətli nümayəndə: muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib

Səlahiyyətli nümayəndə: muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi layihəsinə müvafiq olaraq Ağdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrə nəzərdə tutulmuş bütün işlər icra olunmuş, Babək rayonu Xal-Xal  sahəsində cari ildə çöl-geoloji kəşfiyyat işlərinə başlanılıb.

“Xalq” qəzeti xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Fuad Nəcəfli qeyd edib ki, muxtar respublika ərazisində ekzogen geoloji proseslərin monitorinqinin təşkili və aparılması  işləri davam etdirilib, EGP-nin fəal inkişaf etdiyi sahələrdə yoxlama-təftiş marşrutları, topogeodeziya işləri kompleks şəkildə yerinə yetirilib. Həmçinin “Parağaçay”, “Qapıcıq” molibden və “Gümüşlü” polimetal yataqlarında beynəlxalq standartlara uyğun geoloji qiymətləndirmə işlərinin həyata keçirilməsi də “Dövlət Proqramı”nın əsas istiqamətlərindən biridir. Beynəlxalq qiymətləndiricilərin dəvət olunmasında əsas məqsəd filiz yataqlarının geoloji potensialının obyektiv və beynəlxalq qəbul olunmuş metodologiyalara əsaslanaraq qiymətləndirilməsi, yüksək dəqiqlikli geoloji məlumat bazasının formalaşdırılması və investisiya üçün açılmasıdır. 

Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində ilk dəfə olaraq 2023-cü il 7 iyul tarixdən etibarən 11 qeyri-filiz faydalı qazıntı yatağı üzrə 65 hektar sahə auksiona çıxarılıb, təqribən 1 milyon manata yaxın vəsait büdcəyə daxil olub.

Muxtar respublikada son iki il ərzində qeyri-filiz və inşaat materialları yataqlarına axtarış, təftiş və qiymətləndirməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görüldüyünü bildirən səlahiyyətli nümayəndə 55 yataqda təftiş və yenidən qiymətləndirmə işləri aparıldığını, 6 yeni yatağın kəşf edildiyini deyib. .

Qeyd olunub ki, çöl materialları əsasında 298 mineral su bulağının təftişi aparılıb, 14 mineral bulaq investisiya üçün təklif olunub. Bu istiqamətdə işlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri