Icma.az
close
up
RU
Səlahiyyətli nümayəndə “YAŞAT” Fondunun “Qış düşərgəsi nin iştirakçıları ilə görüşüb

Səlahiyyətli nümayəndə “YAŞAT” Fondunun “Qış düşərgəsi nin iştirakçıları ilə görüşüb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “YAŞAT” Fondunun Naxçıvanda təşkil etdiyi “Qış düşərgəsi"ndə iştirak edən şəhid övladları ilə görüşüb.

Fuad Nəcəfli Xocalı soyqırımı zamanı həlak olmuş soydaşlarımızın xatirəsini anıb və bildirib ki, Azərbaycan artıq Qarabağ problemini həll edib, Xocalı faciəsi qurbanlarının qisasını alıb, suverenliyini təmin edib. Ümummilli Liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə başçısı, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu gün Xankəndidə, Ağdamda, Qarabağda geniş quruculuq işləri görülür, Böyük Qayıdış konsepsiyası həyata keçirilir. Bütün bunlar istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində şücaət göstərən qəhrəman şəhid və qazilərimizin şücaəti sayəsində əldə olunub. Dövlətimiz Vətən fədailərinin qəhrəmanlıqlarını unutmur, onların övladlarını daim xüsusi qayğı ilə təmin edir. “YAŞAT” Fondunun bu layihəsi də bu qayğının davamı kimi mühüm əhəmiyyət kəsb edir. 

Ötən il “YAŞAT” Fondunun Naxçıvanda təşkil etdiyi “Yay düşərgəsi"ni xatırlayan səlahiyyətli nümayəndə layihəni şəhid övladlarının təcrübə və geniş dünyagörüşü əldə etməsi, ən əsası isə yeni dostluq münasibətləri qurması baxımından yüksək qiymətləndirib, düşərgə iştirakçılarına xoş istirahətlər və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov görüşdə iştirak edən gənclərin qəhrəman ataları ilə birgə döyüş xatirələrindən danışıb, onların əmanətlərinə xüsusi qayğı ilə yanaşıldığını qürur hissi ilə qeyd edib, layihənin təşkilinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Səmimi söhbət zamanı şəhid övladları təəssüratlarını paylaşıb, düşərgənin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev ölkəmizdə ilk dəfə Naxçıvanda şəhid övladlarının iştirakı ilə “Qış düşərgəsi”nin təşkil olunduğunu diqqətə çatdırıb.

Sonra düşərgə iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, "YAŞAT” Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə bir qrup şəhid övladı Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Qış düşərgəsi"ndə iştirak edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri