“Şelburn” “Qarabağ”: bukmekerlər Ağdam təmsilçisinin qələbəsinə şübhə etmir!
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn” – “Qarabağ” matçı bukmekerlerin də diqqətindədi.
Bilindiyi kimi, təmsilçimiz həm futbolçuların potensialı, həm də təcrübə baxımından matçın favoriti sayılır. Bu üzdən, xüsusilə, ölkəmizdə hamı bir nəfər kimi Ağdam təmsilçisinin səfərdən qələbəylə qayıdacağına, elə ev oyununda da həmin uğura imza atacağına inanır. Bukmekerler də belə düşünür.
Dəqiq desək, “Şelburn” – “Qarabağ” matçının “köhlən atlar”ın qələbəsiylə nəticələnəcəyi proqnozlaşdırılır. Əksər hesab təxminləri isə 2:1-di.
Düzdü, biz İrlandiya mətbuatında bunun əskini görürük. Ona görə ki, həmkarlarımız “Şelburn”un evdə keçirdiyi son 11 avrokubok matçında uduzmamasını (6 qələbə, 5 “sülh”) əsas gətirərək “Qarabağ” qarşısında şanslı olduğunu yazır. Lakin əsas söz sahiblərinin bu fikirdə olmadığı reallığın da fərqli olduğunu göstərir.
Hər halda, bukmekerlər bu matçda azı 3 qol vurulacağını və bizimkilərin qələbəyə imza atmaq ehtimalının daha çox olduğunu bildirir.
KƏNAN BAHADIR


