Səlcuq sultanının mirası: Konyada taxta sütunlu məscid ziyarətçiləri heyran edir
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Konya şəhərində yerləşən, taxta sütunlar üzərində dayanan qədim məscid öz gözəlliyi və memarlığı ilə ən çox ziyarət edilən məscidlər sırasındadır.
Oxu.Az xəbər verir ki, "TRT Haber"ə istinadən, taxta sütunlu məscid 1134-cü ildə Səlcuqlu dövlətinin məşhur sultanı Əhməd Səncərin göstərişi ilə inşa edilib.
48 taxta sütun üzərində dayanan monumental ibadət evi 1296-1299-cu illərdə Eşrefoğlu Seyfəddin Süleyman bəy tərəfindən indiki halına gətirilib.
Məscidin altı metr hündürlüyündə mehrabı kaşı və mozaika ilə işlənmiş, nəhəng minbəri isə qoz ağacından hazırlanıb.
Türbə, karvansara və hamamdan ibarət kompleksin mərkəzində yerləşən məscid 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
İbadət üçün açıq olan məscid Konyaya gələn yerli və xarici turistlərin ilk ziyarət etdiyi yerlərdən biridir.
Baxış sayı:108
Bu xəbər 27 May 2025 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















