Icma.az
close
up
RU
Səlcuqlu dövründən günümüzə qədər ləzzətini qoruyan, Sultan süfrəsinin bəzəyi kadayıf dolması Video

Səlcuqlu dövründən günümüzə qədər ləzzətini qoruyan, Sultan süfrəsinin bəzəyi kadayıf dolması Video

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erzurum öz qədim tarixi və soyuq iqlimi, eyni zamanda özünəməxsus ləzzətli mətbəxi ilə tanınan Anadolu şəhəridir. Erzurumun ən məşhur ləzzətlərindən biri olan kadayıf dolması təkcə Türkiyədə deyil, dünyada da ad qazanan bir şirniyyatdır. Lakin bu ləzzətin ardında hamının bilmədiyi və kəşf edilməyi gözləyən sirrlər var.

Rəvayətlərə görə, bu şirniyyat ilk olaraq 19-cu əsrin sonlarında, Erzurumlu bir aşpaz tərəfindən təsadüfən kəşf edilib. O dövrdə, kadayıf şirniyyatı hazırlayarkən artıq qalan kadayıfları dəyərləndirmək istəyən aşpaz, tellərin içərisinə qoz qoyaraq büküb və yumurtaya batırıb qızartmış və şərbətlə şirinləşdirib. Nəticədə damaqda iz buraxan bu ləzzət, qısa müddətdə Erzurum xalqı tərəfindən mənimsənilib və günümüzə qədər gəlib çatıb.

Mənbələrdə Səlcuqlu və Anadolu bəylikləri dövründə şorba və aşxanalarda verilən yeməklərin siyahısında Erzurum kadayıf dolmasının da adı keçir. Bu barədə Prof. Ünver, “Berayı Hassa” adlı mətbəx dəftərlərindəki qeydlərdən kadayıf dolmasının Sultanın üstünlük verdiyi şirniyyatlar arasında olduğunu qeyd edir.

Erzurum kadayıf dolmasının ləzzətinin sirri istifadə edilən məhsulların keyfiyyəti və bir-birilə uyğunluğu sayılır. Təzə tel kadayıf, iri döyülmüş qoz, kənd yumurtası və təbii şəkərdən hazırlanan şərbət, bu şirniyyatın əvəzolunmaz dad mənbəyidir.

Kadayıf dolmasının əsl sirri, əslində onu hazırlanmasındakı ustalıq məharətindədir. Kadayıfın bükülməsindən qızardılmasına, şərbətin zərifliyindən, şirniyyatın şərbətə qovuşmasına qədər hər mərhələdə böyük bir qayğı və təcrübəyə ehtiyac duyulan əmək var. Erzurumlu şirniyyat ustaları, bu ləzzəti gələcək nəslə ötürərək, kadayıf dolmasının orijinal reseptini və ləzzətini qorumaqda da "ustadır", desək yerinə düşər.

Erzurum kadayıf dolması, fərqli damaq zövqlərinə xitab edəcək şəkildə çeşidlənib. Klassik qozlu kadayıf dolması ilə yanaşı, püstəli və qaymaqlı hətta şokoladlı kadayıf dolma versiyaları da satışa çıxarılır. Xüsusilə Ramazan ayında, Erzurum sakinlərinin süfrələrindən əskik olmayan kadayıf dolması, iftar süfrələrinə də dad qatır.

Erzuruma məxsus ənənəvi kadayıf dolması, təkcə bir şirniyyat deyil, eyni zamanda Erzurum mədəniyyətinin də mühüm bir parçasıdır. Bu ləzzətli şirniyyat, Erzurumun qonaqpərvərliyini və zəngin mətbəx mədəniyyətini də özündə əks etdirir. Erzuruma gələn qonaqlar, mütləq bu unikal ləzzəti dadmadan şəhərdən ayrılmırlar. Kadayıf dolması, Erzurumun tanıdılmasında da mühüm bir rol oynayır və şəhərə gələn turistlərin marağını çəkir. Yerli əhalinin də xoş günlərinin simvoluna çevrilən bu şirniyyat soyuq iqlimin isti insanlarının damaq zövqünün yüksək səviyyəli olduğunu da açıq şəkildə göstərir.

Qeyd dək ki, Erzurum kadayıf dolması, 26.06.2012 tarixində Türk Patent və Marka Qurumu tərəfindən coğrafi işarə ilə qeydə alınmış bir şirniyyatdır Kadayıf dolmasının orijinal resepti və ləzzəti bu qeydiyyat vasitəsilə qorunmaqdadır. Erzurum kadayıf dolması, həm də Türkiyənin mətbəx mədəniyyətinin dadlı mirasıdır.

Orxan, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Mart 2025 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri