Seleksiya xarakterli turnir keçirilib
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Elit layihəsi çərçivəsində seleksiya xarakterli turnir keçirilib. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan turnirin təşkilində əsas məqsəd müxtəlif komandalarda çıxış edən istedadlı futbolçuların izlənilməsi və Elit layihəsinə cəlb olunması üçün seçim prosesinin aparılmasıdır.
2013-cü il təvəllüdlü futbolçulardan ibarət 19 komanda arasında keçirilən yarışın qalibi "Ağsu City" olub. 2014-cü il təvəllüdlü futbolçulardan ibarət 9 komandalı turnirdə isə "Xan" çempionluğu əldə edib.
Elit layihəsinin direktoru Mirbağır İsayev, skaut Ramiz Əhmədov, həmçinin AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndiriblər.
Seçilən oyunçuların gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların Elit layihəsinə cəlb olunması istiqamətində müvafiq işlər davam etdiriləcək.
Baxış sayı:118
Bu xəbər 16 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















