Icma.az
close
up
RU
Sələmçiliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Sələmçiliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Ali Məhkəmə faizlə borc verməyin riskləri barədə vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlamt verilib.
Ali Məhkəmənin bununla bağlı izahında bildirilib ki, faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər.
Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur:
 

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində adətən “sələmçilik” deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır.


Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir".
Qeyd edilib ki, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur:
"Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir. Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə həyata keçirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.
 

Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir".


O da qeyd edilib ki, bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur:
"Borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək, müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək, ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək, bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək. Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Aprel 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri