Selfi istəyi sonunu gətirdi: 53 yaşlı qadın... FOTO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şri-Lankada qatarda maraqlı foto çəkdirmək istəyən qadın ölüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Podi Menike reysi ilə gedən 53 yaşlı turist Olqa Perminova foto çəkidrmək üçün həyatını riskə atıb. O, hərəkətə olan qatarın qapısının yanındakı dəmirlərdən tutaraq bədənini çölə çıxarıb və bu vəziyyətdə foto çəkdirmək istəyib. Başı qayaya çırpılan qadın ağır kəllə-beyin travması keçirib.
Rusiyalı turist xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Moskvada təhlükəsizlik şirkətində çalışan qadının cənazəsinin ölkəsinə aparılması üçün rusiyalı diplomatlar işə qarışıb.
Qeyd edək ki, Avstraliyada aparılan araşdırmalar zamanı məlum olub ki, son 13 ildə selfi çəkərkən 400 insan ölüb və ya xəsarət alıb. Məlum olub ki, selfi qurbanlarının çoxu 20-30 yaş aralığındakı qadın turistlərdir. Ən geniş yayılmış ölüm səbəbi isə foto çəkdirən zaman boğulmaq və ya yıxılmaqdır.
Billurə Yunus




Baxış sayı:144
Bu xəbər 21 Fevral 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















