Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
"APF Group" MMC-nin rəhbəri dəyişib.
Mia.az Qaynarinfo -ya istinadən xəbər verir ki, Fuad Əlizadəni Rafiq Xəlilov əvəzləyib.
"APF Group" MMC 6 iyun 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 5/1-də yerləşir.
Şirkətin ilk rəhbəri Fuad Əlizadə olub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib, gömrük polkovnikidir.
"APF Group” MMC-nin sahibi kimi DGK-nin keçmiş sədri Səfər Mehdiyevin adı çəkilir. Mediada bununla bağlı dərc edilən məlumatlar indiyədək təkzib olunmayıb.
Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri vəzifəsində çalışıb.
"APF Group” MMC dörd istiqamətdə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru.
Fuad Əlizadənin hansı səbəbdən şirkətin rəhbərliyindən uzaqlaşdırılması bəlli deyil. Məsələ ilə bağlı "APF Group” MMC-dən şərh almaq mümkün olmayıb.
Mia.az xatırladır ki, Fuad Əlizadə həbsdə olan sabiq nazir Səlim Müslümovun dayısı qızının əridir. O, uzun illıər ƏƏSMN sahəsində işləyib. SəlimMüslümovun həbsi, Sahil Babayevin isə ƏƏSMN-ə təyinatından sonra Əlizadə oradakı işini itirib. Az sonra isə onun səsi Səfər Mehdiyevin rəhbərlik etdiyi Gömrük Komitəsində eşidilib...
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 16 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















