Icma.az
close
up
RU
Səmada Maral Ayı göründü: Astroloqlar bunun bürclərə təsirindən danışır

Səmada Maral Ayı göründü: Astroloqlar bunun bürclərə təsirindən danışır

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Astroloqların fikrincə, Maral Ayı (Buck Moon) adlanan dolunay mühüm məsələlərin yekunlaşması, həyatın yenidən qiymətləndirilməsi və dəyişikliklər dövrünü simvolizə edir. 
Demokrat.az
xəbər verir ki, "Mirror" nəşrinin yazdığına görə, bu dolunayın təsirini ən çox Dolça bürcü altında doğulanların hiss edəcəyi iddia olunur.
İyulun 29-da səmada ənənəvi olaraq iyul dolunayına verilən Maral Ayı adı ilə tanınan dolunay müşahidə olunub. Astroloqlar bildirirlər ki, onun təsiri təkcə astronomik hadisənin baş verdiyi günlə məhdudlaşmır, sonrakı bir neçə gün də davam edir.
Astroloq və mənəvi məsləhətçi Tetyana Tsvilin sözlərinə görə, bu il dolunay Dolça bürcündə baş verdiyi üçün əsas mövzular dostluq, birgə layihələr, sosial əlaqələr, texnologiyalar, seçim azadlığı və gələcək planlar olacaq.
Onun sözlərinə görə, Dolça enerjisi insanları yeni tanışlıqlara, qeyri-ənənəvi həll yollarına və dəyişiklik istəyinə sövq edə bilər. Bununla yanaşı, insanların daha müstəqil, prinsipial və öz mövqelərini qətiyyətlə müdafiə etməyə meyilli olacağı da iddia edilir.
Hansı bürclər daha çox təsirlənəcək?
Astroloji proqnoza görə, dolunay hər bürc üçün fərqli sahələrə təsir göstərə bilər:
* Qoç – dostlar və gələcək planlar;
* Buğa – karyera;
* Əkizlər – təhsil və səyahətlər;
* Xərçəng – maliyyə;
* Şir – tərəfdaşlıq münasibətləri;
* Qız – iş və sağlamlıq;
* Tərəzi – sevgi və yaradıcılıq;
* Əqrəb – ailə məsələləri;
* Oxatan – danışıqlar və sənədlər;
* Oğlaq – maddi vəziyyət;
* Balıqlar – istirahət və daxili harmoniya.
Astroloqun sözlərinə görə, ən güclü təsiri Dolça bürcü altında doğulanlar hiss edə bilərlər. Onlar üçün bu dövrün prioritetlərin dəyişməsi, məqsədlərin yenidən qiymətləndirilməsi, mühüm qərarlar və şəxsi prinsiplərə uyğun hərəkət etmək istəyi ilə bağlı yeni həyat mərhələsinin başlanğıcı ola biləcəyi bildirilir.
Maral Ayı niyə belə adlanır?
Maral Ayı adı Şimali Amerikanın yerli xalqlarının ənənələrindən qaynaqlanır. Məhz iyulun sonlarında cavan maralların yeni buynuzları çıxmağa başladığı üçün bu dolunay böyümə, yenilənmə və daxili gücün simvolu hesab olunur.
Astroloqlar həmçinin qeyd edirlər ki, Ayın Plutonla yaxın mövqedə olması emosiyaları və daxili dəyişiklik istəyini gücləndirə, Günəşin Yupiterə yaxınlığı isə özünəinamı, ambisiyaları və böyük planları həyata keçirmək arzusunu artıra bilər.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri