Icma.az
close
up
RU
Səməd Vurğunu heç kim ləkələyə bilməz! Ulucay Akif

Səməd Vurğunu heç kim ləkələyə bilməz! Ulucay Akif

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Ulucay Akifin "Ağılsız köpəklər ulduza hürər" adlı yeni yazısını təqdim edir.

Hər dəfə Səməd Vurğun haqqında “müzakirələr” başlayanda necəsə olur, oxlar tuşlanır mənim üstümə, yaxamdan yapışırlar ki, “davayyyy, fikir bildir bu haqda! Tezzzzz! De görüm, Səməd Vurğun xaindi ya yox?! Yaxşı şairdi ya pis?! Davaaaaaaay! Tez cavab ver!”

Birtəhər yaxamı əllərindən qurtarıb udqunuram. Əslində, onlara da haqq verirəm, çünki Səməd Vurğun haqqında söz deməyimi mütləq qılan üç tutarlı səbəb var:

Şairəm Ədəbiyyat saytının Baş redaktoruyam Qazaxlıyam

Yəqin, bu üç səbəb arasında ən vacibi üçüncü, yəni, qazaxlı olmağımdır ki, digər şair və sayt-qəzet rəhbərlərinə bu sual ünvanlanmır, heç kim onların yaxasından yapışmır.

Olsun.
Xəlil Rza demiş,

“O boş qafanız kimi, bomboş akademiyanız
Bizə vız gəliyor, vızz!
Saxta deputatlığınız,
Tüpürcəyə layiqkən mükafat almağınız,
Bizə vızz gəliyor, vızz!
Öz dilini bilməyən “papa” deyən balanız,
Yeri gəldi gəlmədi rusca vızıldamanız,
Bizə vız gəliyor, vızz!
Hələ sağlığındaca gorbagor olmağınız,
Səksən min rüşvət alıb çiremkor olmağınız,
Feilən kor olmağınız,
Bizə vız gəliyor vızz!”

Siz məndən “qazaxlı Ulucay Akif” kimi cavab verməyimi gözləyirsiniz, amma mən sizin xətrinizə hər üç tərəfdən (şair, baş redaktor və qazaxlı) fikrimi deyəcəm.

Şair Ulucay Akifin Səməd Vurğun haqqında fikirləri

Mən yazıçılara, şairlərə və bütün digər yaradıcı adamlara təyinatları üzrə qiymət verməyin tərəfdarıyam. Tək sənət adamlarına yox, elə bütün digər peşə sahiblərinə də.
Məsələn, hansısa həkimin, müəllimin, ya da jurnalistin maşın təmirini bacarmamağı məni heç vaxt narahat eləməyib və eləməyəcək də. Açığı, heç qapı-pəncərə ustasının suvağ işini bacarmamağı da məni narahat eləməz. Mən necə hansısa fəhləni dişimi müalicə edə bilmədiyi üçün qınayım?

Səməd Vurğun şairdir. Hətta Səməd Vurğun adı insanların şüurunda elə “şair” sözünün sinonimidir. Şair deyəndə ağlımıza ilk gələn ad Səməd Vurğundur. Sadəcə, bu fakt Səməd Vurğunun şair kimi gücünü göstərməyə kifayət edir. Heç bir şairin adını zorla bir xalqın şüuraltına yazmaq olmaz. Bütün diktatorlar, bütün siyasətçilər, bütün müəllimlər, bütün ədəbiyyatçılar, hamı bir araya gəlsə, yenə də bir şairi bütün xalqa belə sevdirə bilməz. Sevdirməyə çalışıb, sevdirə bilmədikləri o qədər elə “şair” var ki, bu gün o şairlərin bircə misrası da adamların ruhunu oxşamayıb, yaddaşında qalmayıb.

Mən Səməd Vurğunun şeirlərini sevirəm, onun şeirlərini oxuyanda, eşidəndə dincəlirəm, sakitləşirəm, su kimi duruluram. Sərin su kimi içilən, misraları şırıl-şırıl axan, ən gözəl sözləri bir bəndə, bir şeirə zərgər dəqiqliyi ilə düzən başqa şairimiz varmı?

Ən sevdiyim şairlərdən biri də Nazim Hikmətdir. Nazim Hikmət haqqında Türkiyədə deyilməyən, yazılmayan pis şey qalmayıb, amma Nazim yenə də Nazimdir. Belə nümunələr xeylidir. Dünya ədəbiyyatında xarakteri, əməlləri müzakirələrə səbəb olan o qədər yazıçı, şair var ki, böyüklükləri heç nəyə rəğmən sual altına düşmür. Səməd Vurğun da bütün sualların üstündən xətt çəkir o dupduru şeirləri ilə.

Baş redaktor Ulucay Akifin Səməd Vurğun haqqında fikirləri

Ədəbiyyatımızda bir sıra müəlliflər var ki onlar həm də yaradıcılıqdan kənar məsələlərə görə müzakirə olunurlar. O müəllifləri özünüz də məndən yaxşı bilirsiniz. Amma fikir vermişəm, bu cür müzakirələr zamanı ən çox müdafiə olunan da elə Səməd Vurğun olur.

Məsələn, satqınlıq, xainlik, “donos” yazmaq söhbətləri ortaya atılanda Süleyman Rüstəmi, Məmməd Rahimi, ya da bir başqasını müdafiə edən görməmişəm. Bəs Səməd Vurğun niyə müdafiə olunur? Məncə, bu suala yuxarıda Şair Ulucay Akif qısa da olsa cavab verdi. Çünki Səməd Vurğun, həqiqətən də, şair idi. Şair Səməd Vurğun həmişə qalib çıxır bu dava-dalaşlardan, yalançı hay-küylərdən.

Niyə Mikayıl Müşfiqin Sovet təbliğatına hesablanmış əsərləri bu gün gözardı edilir, bağışlanır, amma Səməd Vurğuna güzəştə getmək istəmirik? Məsələ Müşfiqin nakam taleyindədirmi? Bir güllə bütün səhvləri silib apara bilirmi?

Bəs Səməd Vurğunun taleyi nakam olmadımı? Gənc yaşında qoca kişiyə bənzəyən o şair, sizcə, bu gün qınadığımız məsələlərin ağrı-əzabını yaşamadımı?

Bəs niyə bu Üzeyir Hacıbəylinin Stalinə təşəkkür məktubları, məqalələri heç bir mübahisəyə səbəb olmur? Məgər Səməd Vurğunun xidməti azdır?

“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!” – o məngənədə yazılmış təkcə bu bənd belə Azərbaycana edilmiş ən böyük xidmətlərdən biridir. Bu gün yaşadığımız müstəqil Azərbaycan da məhz Səməd Vurğunun yazdığı, arzuladığı o Azərbaycandır.

Məsələnin qəribə tərəfi isə odur ki, Səməd Vurğun haqqında bu “fikirləri” səsləndirən Əlisa Nicatın müəllifi olduğu “100 ən böyük azərbaycanlı” kitabında üçüncü sırada Mircəfər Bağırov yer alır. Necə olur ki, Səməd Vurğunu yaltaq adlandıran Əlisa Nicat Mircəfər Bağırovu 100 ən böyük azərbaycanlı siyahısında üçüncü yerə qoyur? Bu paradoksa nə ad vermək olar? Bir şey ki, Səməd Vurğun siyasətçi, siyasi rəhbər deyil, amma siyasi məsələlər üzərindən mühakimə olunur, Mircəfər Bağırov isə o dövrün içindən alnıaçıq, üzüağ çıxır?

Bəs Səməd Vurğunun Hüseyn Cavid, Mikayıl Müşfiq, Abbas Mirzə Şərifzadə və digərləri üçün Mircəfər Bağırova ağız açmağını, onların bağışlanmağını xahiş etməyini, Bağırovun da bu xahişə hiddətlənib Mərkəzi partiyanın yığıncağında Səməd Vurğuna məzəmmət etməyini hara yazaq?

Əlbəttə, bu dövrdən o dövrə boylanıb ədalətli qərar vermək çətin məsələdir. Söhbət “sən o dövrdə yaşasan, necə davranardın?” məsələsi də deyil.

Hər halda, düşünürəm ki, Səməd Vurğun səhvləri və doğruları ilə bərabər həm ədəbiyyatımızda, həm də ölkəmizin tarixində mühim yer tutur.

Qazaxlı Ulucay Akifin Səməd Vurğun haqqında fikirləri

Əvvəla özünüzə etiraf edin ki, Səməd Vurğunu təkcə qazaxlılar müdafiə etmir, təkcə qazaxlılar sevmir. Amma haqlısınız, qazaxlılar Səməd Vurğunu çox istəyirlər. Onu müdafiə etmək istəkləri də normaldır. Kim özünə doğma bildiyi adamı müdafiə etməz ki? Siz ən doğmalarınızın səhvlərinə göz yummursunuz heç?

Atasının rüşvət aldığını bilən o qədər övlad tanıyıram ki, yenə də atasını sevir.

Qardaşının dələduz olduğunu bilən o qədər adam tanıyıram ki, yenə də qardaşını sevir.

Dostunun səhvlərinə göz yuman o qədər adam tanıyıram ki, yenə də dostunu sevir.

Uzada bilərəm bu siyahını.

Qazaxlıların Səməd Vurğuna sevgisi də belədir, doğmalıq hissindən yaranır.

Amma məsələ odur ki, nə Səməd Vurğunun qazaxlılara ehtiyacı var, nə də qazaxlıların Səməd Vurğuna.

Məgər Qazaxın tək iftixar ünvanı Səməd Vurğundur?

Lap Səməd Vurğunu qoyaq bir qırağa, elə Səməd Vurğunun iki oğlu (Yusif Səmədoğlu və Vaqif Səmədoğlu) qazaxlılara bəs deyilmi?

Biri nəsrimizin nəhənglərindəndir, biri poeziyamızın. Onlara nə şəbədə qoşacaqsınız?

Yaxşı, onların da ataları pis olub, onların da üstündən xətt çəkək.

Bəs mənə deyin görüm, Azərbaycanda İsa Muğanna kimi böyük neçə yazıçı var? Bir əlinizin barmaqlarını axıra kimi qatlaya bilsəz, əlinizi sıxacam.

Çoxdu İsmayıl Şıxlımız?

Siyahı uzandıqca-uzana bilər.

Ümumiyyətlə, “Qazaxşina” söhbətlərinə də gülməyim gəlir. “Qazaxşina” sözü ona görə yaranıb ki, istedadlı adamların çoxu Qazaxdandı, çox olanda da başqalarının gözünə təhlükəli görünürsən, elə bilirlər ki, dəstəsiniz, bu dəqiqə nəsə eləyəcəksiniz. Halbuki qazaxlılar təhlükəli deyil. Biz qazaxlılar yerlibaz-zad da deyilik, şəxsən mən tez-tez saytımızda tovuzlu, ağstafalı şairləri, yazıçıları da çap edirəm.

Darvinin məzarını rənglədilər Əbülfət Mədətoğlunun tükənməyən enerjisi... “Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri