Icma.az
close
up
RU
Səmərəsiz xərclənmə və... Su Ehtiyatları Agentliyində cciddi nöqsanlar üzə çıxarılıb

Səmərəsiz xərclənmə və... Su Ehtiyatları Agentliyində cciddi nöqsanlar üzə çıxarılıb

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Hesablama Palatasının Su Ehtiyatları Agentliyində apardığı audit Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin və suvarılan torpaqların vəziyyətində ciddi nöqsanları üzə çıxarıb.

Mia.az xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” hesabında məlumat verilib.

Bildirilib ki, auditin nəticələrinə əsasən, son beş ildə bölgədə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaqların xüsusi çəkisi artaraq, 2024-cü ildə müvafiq olaraq 34,1 %-ə, 29,1 %-ə və 24,4 %-ə çatıb.

Kollektor-drenaj sistemlərinin bərpası əsasən yeni əkin sahələrinə yönəldilib. Lakin əvvəllər istifadə olunan, lakin şorlaşma səbəbindən dövriyyədən çıxmış torpaqlarda vəziyyətə lazımi müdaxilə olunmayıb.

Dren-kollektorların qeyri-effektiv istismarı, kollektor sularının təkrar istifadəsi və duzsuzlaşdırılmadan torpaqlara verilməsi, torpaqların yenidən şorlaşmasına səbəb olub. Eyni zamanda, çirkab suların kollektorlara axıdılması və oradan şirin su hövzələrinə yönləndirilməsi ciddi ekoloji və sanitariya riskləri yaradıb.

Audit həmçinin sahibsiz kollektorlar, qeyri-dəqiq uçot, normativ yanaşmaların olmaması, lil təmizləmə işlərinin plansız aparılması və mövcud istismar imkanlarından tam istifadə olunmaması kimi bir sıra sistemli nöqsanları da qeyd edir.

“Sabirabad və Salyan rayonlarında qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” layihəsi çərçivəsində ayrılmış 27,8 milyon manatlıq vəsaitin yalnız bir hissəsi üzrə effektiv nəticələr əldə olunub. Eyni zamanda, Kür çayının səviyyəsinin aşağı düşməsi səbəbindən nasos stansiyasının dayanıqlı fəaliyyəti təmin edilməyib.

Hesabatda strateji yanaşmanın olmaması, fəaliyyətin resurslara uyğun planlaşdırılmaması, inzibati nəzarətin zəifliyi və nəticə etibarilə dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi xüsusi qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Aprel 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri