Icma.az
close
up
RU
Səmərqənddə “Azərbaycan və Özbəkistanın mədəni irsi” adlı forum keçirilib

Səmərqənddə “Azərbaycan və Özbəkistanın mədəni irsi” adlı forum keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi “Azərbaycan və Özbəkistanın Mədəni irsi” layihəsinin icrasını başa çatdırıb. Sentyabrın 7-9-da layihə çərçivəsində Səmərqənddə forum və bir sıra digər tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Səmərqənd Beynəlxalq Biznes Mərkəzində keçirilən forumda Səmərqənd merinin müavini Rano Toşniyozova “Mədəni irs sənətkarlığının dövlət tərəfindən qorunması”, Səmərqənd Şəhər Ədliyyə İdarəsinin şöbə müdiri Səncər Buriyev “Özbəkistanda QHT-lərə dövlət dəstəyi”, Leyla Khazari Qalereyasının direktoru Leyla Musayeva “Cəmiyyətdə sənətkarlığın rolu”, Demokratik Proseslərin Təhlili Mərkəzinin Səmərqənd regional bölməsinin rəhbəri Eler Uluqmurodov “Yeni Özbəkistanda gender siyasətinin sosial əsasları”, “Sara Xatun” İctimai Birliyinin sədri Pərvanə Mustafayeva “Əlilliyi olan şəxslərin sağlam cəmiyyətə inteqrasiyası”, Səmərqənd Şəhər Məşğulluq və Yoxsulluğun Azaldılması İdarəsinin rəis müavini Erkin Toşbotirov “Dövlət orqanları və QHT-lərin sosial tərəfdaşlığı” mövzularında çıxışlar ediblər.

Forum “sənətkarlıqdan sahibkarlığa”, “Özbəkistanda milli sənətkarlığın inkişafı”, “Özbəkistan-Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində Azərbaycan Mədəniyyət Mərkəzinin rolu” və digər mövzularla davam edib.

Növbəti gün Forum çərçivəsində Səmərqənd Beynəlxalq Turizm Mərkəzində Beynəlxalq xalq sənətkarlığı sərgisinin açılışı baş tutub. Sərgidə Azərbaycan və Özbəkistan dizaynerlərinin hazırladığı milli geyimlər, zərgərlik nümunələri və xalçalar nümayiş etdirilib, ustad sənətkarların iştirakı ilə master-klasslar keçirilib.

Sentyabrın 9-da isə Səmərqənddəki emalatxanalarda sənətkarlarla görüşlər təşkil olunub, ustad dərsləri keçirilib.

Səfərin sonuncu günü Səmərqənd şəhərinin başçısı Fəzliddin Umarov ilə görüş keçirilib, Azərbaycan və Özbəkistanın zəngin mədəni irsinin, ortaq ənənələrinin önəmi vurğulanıb. Səfər çərçivəsində Özbəkistan Qadın və Qızlar Assosiasiyasının sədri Nəsibə Miradilova və “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri