Icma.az
close
up
RU
“Şəmkir” futbol klubunun inkişafı istiqamətində işlər görüləcək

“Şəmkir” futbol klubunun inkişafı istiqamətində işlər görüləcək

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmkir rayonunda yenilənmiş “Şəmkir” futbol klubunun təqdimat mərasimi keçirilib. “Şəmkir” futbol klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, yerli ictimaiyyət nümayəndələri və sahibkarlar iştirak ediblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə qonaqlara klubun tarixi haqqında videoçarx təqdim olunub və komandanın rəsmiləri “Şəmkir” futbol klubunun hazırkı durumu, həyata keçirmək istədikləri layihələr haqqında məlumat veriblər.

Bildirilib ki, komandanın əsas məqsədi hazırda çıxış etdiyi liqada yüksək yerlər uğrunda mübarizə aparmaq və yuxarı liqalara çıxmaqdır.

Eyni zamanda, qarşıya qoyulan məqsədlərdən biri də rayonda futbolu, xüsusilə də uşaq futbolunu daha da inkişaf etdirmək, əhalidə oyunlara maraq yaratmaq və oyunlarda iştiraklarını təşviq etməkdir.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev klubun yenidən formalaşdırılmasına töhfə vermiş hər kəsə təşəkkürünü bildirib, klub rəhbərliyinin "Şəmkir”in şanlı tarixini bərpa edəcəyinə inandığını vurğulayıb, bu istiqamətdə onlara dəstək göstəriləcəyini bildirib.

Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev Fondun regionlardakı fəaliyyəti, “Şəmkir” futbol klubu ilə birgə layihələr və kluba dəstək imkanları barədə təqdimatla çıxış edib.

Daha sonra veteran futbolçular, “Şəmkir” futbol klubunun baş məşqçisi Vüqar Nadirov, klubun İdarə Heyətinin üzvləri çıxış edərək, rayon ictimaiyyətini kluba dəstək olmağa çağırıblar.

Şəmkirdə yaşayan sahibkar, ziyalılar da çıxışlarında klubun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib, təkliflərini səsləndiriblər.

Sonda “Şəmkir” futbol klubunun hər zaman elit liqalar üçün mübarizə apara biləcək səviyyəyə gətirilməsi istiqamətində görüləcək işlər ətrafında müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri