Şəmkir lilər klubun mərhum prezidentinin məzarını ziyarət etdilər
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün "Şəmkir" futbol klubunun rəhbərliyi və futbolçuları klubun əbədiyaşar və ölməz prezidenti, "Şəmkir"i dəfələrlə çempionluğa daşıyan Şahbaz Süleymanovun məzarını ziyarət ediblər.
Fanat.Az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun prezidenti Vüsal Məmmədov və idarə heyətinin sədri Elçin Qurbanlı Şahbaz Süleymanovun Şəmkir futboluna və futbolçularına olan qayğısından və klubun irəliləyişi üçün verdiyi töhfələrdən söhbət açaraq, əvəzsiz xidmətlərini xatırlayıblar.
Ziyarət zamanı mərhumun ruhuna dualar oxunub, onun Şəmkir futbolu üçün göstərdiyi fədakarlığa olan hörmət bir daha nümayiş etdirilib.
Bu gün Şahbaz Süleymanovun adı Şəmkir futbolunun ən böyük irslərindən biri kimi yaddaşlarda yaşayır və göstərdiyi yol futbolsevər üçün nümunə olaraq qalır. Onun əziz xatirəsi və rəhbərliyi altında qazanılmış uğurlar həmişə yaddaşlarda qalacaq.
Baxış sayı:118
Bu xəbər 15 Fevral 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















