Icma.az
close
up
RU
Şəmkirdə 24 yaşlı oğlan azyaşlı bacılara təcavüz etdi, hadisə yerində yaxalandı

Şəmkirdə 24 yaşlı oğlan azyaşlı bacılara təcavüz etdi, hadisə yerində yaxalandı

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəmkir rayonunda gənc oğlan 9 və 10 yaşlı qızlara təcavüz edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əliyaqublu kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Əmrahov (soyad şərtidir) qonşuluqda yaşayan ailənin uşaqlarına baxmağa kömək edirmiş. Dörduşaqlı ailənin 2 uşağı 9 və 10 yaşlı qızlar, ikisi isə 2 və 3 yaşlı oğlanlar olub. Valideynlər əksər vaxtlarda evdə olmadıqlarından ev sahibi qonşu İlkinin uşaqlara baxmasını xahiş edib və İlkin də qonşunun bu xahişini yerinə yetirirmiş.

Bir gün İlkin yenə valideynlərin evdə olmamasından istifadə edərək qonşuya keçib və oğlan uşaqlarını yataq otağında yatızdırıb. O, daha sonra qonaq otağına keçərək 10 yaşlı qızı yanına çağırıb. İlkin qızı qorxudaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bir neçə saatdan sonra İlkin 9 yaşlı qıza qarşı da seksual xarakterli hərəkətlər edib.

Bundan sonra o, qızlara hədə-qorxu gələrək, bu barədə heç kimə məlumat verməməyi tapşırıb. İlkin azyaşlı bacılara tapşırıb ki, bu barədə kiməsə məlumat versələr, o, böyük qızı öldürəcək və bıçağı balaca qızın əlinə verib hadisə yerindən qaçacaq. İlkinin hədələrindən qorxan bacılar bu barədə heç kimə məlumat verməyiblər. Bundan istifadə edən İlkin hər gün valideynlər evdən gedəndən sonra onların evinə gəlib və hər iki qızla mütəmadi cinsi əlaqədə olub.

Bir gün uşaqların qohumu qəflətən evə gəlib və İlkinin böyük qızla cinsi əlaqədə olduğunu görüb. O bu barədə qızların atasına məlumat verib. Qızların atası İlkini çağırıb döyüb. İlkin hadisə yerindən qaçaraq kəndin otlaq sahəsində gecələyib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyatla İlkin Əmrahov saxlanılıb və həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qərarı ilə İ.Əmrahov 15 il azadlıqdan məhrum edilib.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri