Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Şəmkirdə 34 yaşlı oğlan sevgilisinin anasına xəsarət yetirdi: “Gecə saat 1də…”

Şəmkirdə 34 yaşlı oğlan sevgilisinin anasına xəsarət yetirdi: “Gecə saat 1də…”

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkir rayonunda 1990-cı il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgilisinin anası Fidana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Hadisə bu il avqustun 3-də gecə saat 1 radələrində Şəmkir şəhəri, Niyazi küçəsində baş verib.

Mərdan Fidana məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində mübahisə zamanı əl və ayaq zərbələri ilə bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Mərdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Fidan qeyri-rəsmi yaşadığı Lalənin anasıdır: “Əvvəllər aramızda mübahisələrimiz olsa da, son zamanlar münasibətlərimiz yaxşı idi. Sonuncu dəfə hadisədən əvvəl, saat təxminən 20 radələrində Lalənin yaşadığı evə getdim. Evdə 1-2 saat Lalə ilə vaxt keçirdikdən sonra onunla mübahisələrimiz yarandı.

Səs-küyə gələn Fidan mənə irad bildirdi, nalayiq ifadələr işlətməklə məni təhqir etdi. Əsəbləşərək onun üzərinə getdim. Biz mübahisə etməyə başladıq. Həmin vaxt Fidanı yerə yıxaraq onun bədəninin müxtəlif nahiyələrinə bir-iki yumruq, təpik zərbələri vurdum. Fidan ayağa qalxdıqdan sonra əlinə götürdüyü ağac parçası ilə bel nahiyəmə zərbə endirdi. Bizi Lalə sakitləşdirərək araladı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan etdiyi hərəkətə görə əməlindən peşman olub: “Hadisədən sonra Fidanla barışmışam, ona dəymiş ziyanı tamamilə ödəyib. Himayəmdə yetkinlik yaşına çatmayan iki uşağım var, ailəyə yeganə qazanc gətirən şəxsəm. Bunların nəzərə alınmasını istəyirəm”.

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, Mərdanı tanıyır, aralarında əvvəllər düşmənçilik və ədavət olmayıb: “Mərdan 6-7 ildir qızım Lalə ilə qeyri-rəsmi birlikdə yaşayırlar. Onların tez-tez mübahisələri olur. Mərdan Lalə ilə son zamanlar qaldığımız evdə yaşayır.

Hadisə vaxtı gecə saat 1 radələrində Mərdan yenə bizdə olan zaman qızım Lalə ilə mübahisə elədi, onun ünvanına nalayiq söyüşlər söyməyə başladı. Mərdandan söyüşləri dayandırmağı xahiş etdim. Lakin yenə söyməyə davam etdi, Lalə ilə mübahisə elədi. Mən Mərdanın üzərinə getdim, yerdən götürdüyüm ağacla onu vurdum, burdan çıxıb getməsini tələb etdim. O, məni yerə yıxdı, bədənimin müxtəlif yerlərinə əli və ayağı ilə zərbələr endirməyə başladı”.

İş üzrə şahid qismində ifadə verən Lalənin sözlərinə görə, təqsirləndirilən Mərdanla 6-7 ildir sevgili münasibətindədir: “Biz rəsmən evlənməsək də, qeyri-rəsmi münasibətdə olmuşuq. Aramızda tez-tez mübahisə düşüb. Mərdan son zamanlar mənimlə bir evdə qalırdı. Hadisə günü gecə saat 1 radələrində Mərdan bizdə olan zaman mənimlə mübahisə etdi. Mənim və yaxınlarımın ünvanına nalayiq söyüşlər söyməyə başladı. Anam söyüşləri dayandırmağı tələb etdi. O, qulaq asmadı, söyüşlərə davam etdi. Bu zaman anam yerdən götürdüyü ağacla vuraraq Mərdanın getməsini tələb etdi. Mərdan anamı yerə yıxdı. Bədəninin müxtəlif nahiyələrinə əl və ayağı ilə zərbələr endirməyə başladı”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib./Teleqraf.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see182

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see132

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see121

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see119

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see119

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see118

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri