Şəmkirdə 39 yaşlı kişi qardaşını döyən qonşusunu bıçaqladı
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəmkir rayonunda 1986-cı il təvəllüdlü Azər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Zaman Hüseynovu bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində 2025-ci ilin iyulun 8-də baş verib.
Azər evin olduğu küçədə qardaşı Bəxtiyarın qonşuları Zaman tərəfindən döyülərək bədən xəsarətləri yetirməsini öyrənib.
Bundan sonra Azər qisas almaq niyyətilə həmin gün saat 23 radələrində Zaman Hüseynovun yaşadığı evinin qarşısına gedib və məsələyə aydınlıq gətirmək istəyib.
Bu zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əvvəlcədən yaşadığı evdən götürərək üzərində gəzdirdiyi bıçaqla Zaman Hüseynovun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurub.
Hadisəni törədən Azərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, çayxanada olan zaman qardaşı Bəxtiyarla dalaşaraq onu döyüb: “Mən qardaşımın qan içində görəndən sonra mətbəxdən bıçaq götürdüm və qardaşını döyməsinin səbəbini öyrənmək üçün Zamanın evinə getdim. Zamandan qardaşım Bəxtiyarı döyməsinin səbəbini soruşdum. O, “yaxşı eləmişəm” deyə cavab verərək söyüş söydü. Mən də əsəbləşərək Zamana iki dəfə bıçaqla zərbə vurdum. Daha sonra səs-küyə gələn qonşularımız Zamanı xəstəxanaya apardı. Mən hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim oldum”.
İş üzrə zərərçəkmiş Zamanın sözlərinə görə, hadisə günü Azərin qardaşı Bəxtiyarla birlikdə məclisdə yeyib-içdikdən sonra çayxanaya gedib və orada da pivə içiblər: “Sonra söhbət əsnasında mübahisə edərək dalaşdıq. Bəxtiyardan uzaqlaşaraq evə gedəndən sonra Azər küçədə mənimlə qarşılaşaraq qardaşına söyüş söyməyimin səbəbini soruşdu. Mən də Azərə qarşı nalayiq ifadələr işlətdim. Bundan sonra aramızda mübahisə yarandı. Dava zamanı bir-birimizə zərbələr vurduq. Azər mənə üç dəfə bıçaq zərbəsi vurdu. Daha sonra yoldaşım və qonşularım məni xəstəxanaya apardılar”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il 10 ay şərti cəza təyin edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Şəmkirdə 39 yaşlı kişi bıçaqlanıb
09 İyul 2025 08:29
Şəmkirdə partlayış: 39 yaşlı qadın yaralandı
14 Dekabr 2024 09:50
Şəmkirdə kişi həmkəndlisini bıçaqladı
17 Noyabr 2025 20:26
Şəmkirdə qardaşların mülk davası: 52 yaşlı kişi qardaşını baltaladı
31 İyul 2025 23:29
Şəmkirdə qonşusunu döyən beş uşaq anasına elektron qolbaq tətbiq olundu
20 May 2025 17:36
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları