Icma.az
close
up
RU
Şəmkirdə 54 yaşlı kişi arvadını döydü TƏFƏRRÜAT

Şəmkirdə 54 yaşlı kişi arvadını döydü TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəmkir rayonunda 54 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 3-də ər-arvadın birgə yaşadıqları evdə baş verib. 1971-ci il təvəllüdlü Həbib arvadı Zahirə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Onların arasında mübahisənin baş verməsinə səbəb isə arvadının gecə evdə qalmaması üstündə baş verib. Bu səbəbdən baş vermiş mübahisə əsnasında o, zərərçəkmiş şəxsin baş nahiyyəsinə əl zərbələri ilə vurub.
Hadisəni törədən Həbibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı təbii ehtiyacını gecələr ayaqyoluna  etməyib, evə qab gətirməsi səbəbindən dəfələrlə ona bu barədə irad bildirib və xəbərdarlıq edib: “Hadisə günü saat 12:00-dayaşadığımız evdə yenidən zərərçəkmiş şəxs ilə evə qab gətirməsi ilə bağlı mübahisə etdik. Zərərçəkmiş ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbləşərək zərərçəkmiş şəxsin baş nahiyyəsinə yumruq zərbələri ilə vuraraq onu döydüm”.
İş üzrə zərərçəkmiş Zahirənin sözlərinə görə, mayın 2-də ərinə zəng edib və gecəni qızının evində qalacağını bildirib: “Həbib də mənimlə razılaşdı. Mayın 3-də, saat 12:00-da yaşadığım evə gəldim. Ərim gecəni evə gəlməməyimə görə sözlə irad bildirdi. Daha sonra isə yumruq zərbələri ilə baş nahiyyəmə zərbələr vuraraq məni döydü”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkmə müddətində Şəmkir rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Onun bu müddətdə Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməməsi tapşırılıb. 
Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın  icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə
əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri