Icma.az
close
up
RU
Şəmkirdə 8 Noyabr Zəfər Gününə həsr olunmuş” Zəfər Marafonu “ keçirilib

Şəmkirdə 8 Noyabr Zəfər Gününə həsr olunmuş” Zəfər Marafonu “ keçirilib

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş” Zəfər Marafonu “ keçirilib.

“Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarı altında keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının fəalları, rayonda fəaliyyət göstərən idarə, müsəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak ediblər.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda ulu öndər Heydər Əliyevin başlatdığı mübarizəni layiqli şəkildə davam etdirən və uğurla sona çatdıran Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu haqqı, ədaləti bərpa etdi və bu gün qürur mənbəyimiz olan üçrəngli bayrağımız bütün Azərbaycan Respublikası ərazisində dalğalanır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin qazandığı bütün böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyidir. Vətən müharibəsi xalqımızın birliyinin sarsılmazlığını nümayiş etdirdi. O səbəbdəndir ki, bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayır, Böyük Zəfərimizi sevinclə qeyd edirik.

İcra başçısı qeyd edib ki, bugünki Marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.

Daha sonra yarışa start verilib. İştirakçılar Şəmkir şəhər Bayraq Meydanından Şəhidlər Xiyabanına kimi olan məsafəni qət ediblər.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağiyev və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qalibləri təbrik edərək, finişə 1-ci çatan Məmmədov Həsən Elçin oğlu, 2-ci yerin qalibi Əliyev Anar Eldar oğlu və 3-cü yerin qalibi Məmmədov Elsevər Elçin oğlu rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, 1-ci yerin qalibinə notbuk, 2-ci və 3-cü yerin qalibinə isə müvafiq olaraq planşet və mobil telefon verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri