Şəmkirdə ağır qəza: Xəsarət alan var
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə bununla bağlı videogörüntü yayımlanıb.
Baş vermiş hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev qeyd edib ki, sözügedən hadisə bu gün səhər saat 11:50-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 396-cı kilometrliyində, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində baş verib.
"Sürücü, Göyçay şəhər qeydiyyatında olan 1996-cı il təvəllüdlü Etibar Müşfiq oğlu İbrahimlinin idarə etdiyi "Honda Inside" markalı 77-DJ-129 dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən qəzaya uğrayaraq, yolun orta hissəsində olan dəmir konstruksiyalı səddə çırpılıb.
Hadisə nəticəsində sürücü xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır".
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















