Icma.az
close
up
RU
Şəmkirdə ailədaxili münaqişə: Yeznə baldızına xəsarət yetirdi

Şəmkirdə ailədaxili münaqişə: Yeznə baldızına xəsarət yetirdi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəmkir rayonunda 34 yaşlı kişi həyat yoldaşının bacısına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Əfsanə ilə mübahisə edib. 
Yeznə-baldız arasında yaranan mübahisə dava-dalaşla nəticələnib. Bu zaman Əfqan baldızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən zərərçəkmiş şəxs onun baldızıdır: “Bizim normal münasibətimiz olub. Bu ilin martın 21-də şam edən zaman spirtli içki qəbul etdim, sərxoş oldum. Saat 19:30 radələrində Şəmkir rayonunun kəndində yerləşən evimə getdim. Evə gələn zaman arvadım Xatirə mənə spirtli içki qəbul etməyimə görə irad  bildirdi. Bu səbəbdən aramızda sözlə mübahisə baş verdi. Saat 20 radələrində baldızım Əfsanə yaşadığım evə gəldi və mənə spirtli içki qəbul edərək arvadım ilə mübahisə  etməyimə görə irad bildirən zaman aramızda mübahisə baş verdi. Həmin vaxt sərxoş olduğum üçün etdiyim hərəkətləri xatırlamıram. Sərxoş olduğumdan yatdım. Sonradan arvadım ilə qayınanam Nəsibə mənim Əfsanəni döyməyimi dedi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 23-də sərxoş vəziyyətdə baldızı Əfsanə ilə qayınanası Nəsibənin birgə yaşadığı evə gedib: “Onlara arvadımın mağazadan aldığı ərzaqların pulunu onların verməsini dedim. Əfsanə mənə “pul verəsi deyiləm, sən mənim burnuma xəsarət yetiribsən” dedi. Əfsanəyə dedim ki, səni qardaş kimi vurmuşam. Mübahisə olmaması üçün yaşadığım evə getdim. Sonradan baldızımın məndən şikayət etməsini bildim”. 
İş üzrə zərərçəkmiş Əfsanənin sözlərinə görə, onun bacısını əri Əfqanla normal münasibəti yoxdur: “Buna səbəb Əfqan spirtli içki qəbul edən zaman yaşadığım evə gələrək mənimlə mübahisə etməsidir. Martın 21-də, axşam tərəfi yaşadığı evdə olan zaman bacım Xatirə zəng etdi və Əfqanın sərxoş vəziyyətdə evdə münaqişə yaratmasını dedi. Mən hər hansı bir mübahisə olmaması üçün saat 20 radələrində bacım evinə getdim. Evə daxil olan zaman Əfqana mübahisə etdiyi üçün iradımı bildirdim. Həmin vaxt mənə təhqiredici sözlər işlətdi və “sən kimsən ki, mənim ailəmə qarışırsan” dedi. Mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Əfqan bir dəfə yumruqla sifətimə vurdu. Nəticədə burun, sol göz nahiyyəmdən xəsarət aldım. Əfqanı bacım Xatirə sakitləşdirərək araladı. Bizim səsimizə gələn anam sifətimin qan olmasını gördü, mənə köməklik etdi. Anam nə baş verməsini soruşdu. Ona Əfqan tərəfindən döyülməyimi dedim. Anam məni yaşadığım evə apardı. Lakin şikayət etmədim”.
Zərərçəkmiş qeyd edib ki, martın 23-də axşam tərəfi Əfqan sərxoş vəziyyətdə evə gəlib və anası Nəsibəni nalayiq sözlərlə təhqir edib: “Dedi ki, sizin nəsildə bir kişi  yoxdur, mənim qarşıma çıxsın. Mən hər hansı bir mübahisə olmaması üçün bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Sonra döyülməm ilə əlaqədar polisə ərizə ilə müraciət etdim. Lakin hadisədən sonra təqsirləndirilən şəxs ilə barışmışam. Ona qarşı şikayətim yoxdur”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə maşınıasını, zərərkənin şikayətini geri götürməsinin nəzərə alıb. 
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri