Icma.az
close
up
RU
Şəmkirdə arxeoloji yay məktəbi təşkil olunub

Şəmkirdə arxeoloji yay məktəbi təşkil olunub

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində Şəmkir arxeoloji tədqiqatında BDU-nun tarix ixtisası üzrə təhsil alan tələbələri üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində arxeoloji yay məktəbi təşkil olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İnstitutdan bildirilib ki, yay məktəbinin əsas məqsədi tələbələrin arxeologiya və keçmiş cəmiyyətlər haqqında nəziəri biliklərini dərinləşdirmək, onların arxeoloji qazıntı prosesində birbaşa iştirakını təmin etmək və tədqiqat bacarıqlarını inkişaf etdirməkdir. Arxeoloji Yay Məktəbi tələbələrə keçmişi öyrənmək, yüzilliklər və minilliklərə aid mədəni irs nümunələri ilə birbaşa təmas qurmaq, tədqiqatçılar komandasının üzvü olmaq, qədim artefaktların aşkarlanması və tarixi faktların elmi əsaslarla öyrənilməsi prosesində iştirak etmək imkanı yaradır.

Proqram üzrə nəzəri mühazirələr və praktiki təlimlər tədqiq olunan ərazinin tarixi və arxeoloji əhəmiyyəti, mədəni təbəqə və stratiqrafiya; arxeoloji qazıntılarda istifadə olunan alətlər və onlardan istifadənin xüsusiyyətləri, artefaktların tarixləndirilməsi, rəqəmsal arxeologiya, çöl tədqiqat sənədlərinin hazırlanması mövzularını əhatə edir. Nəzəri biliklərlə yanaşı, tələbələr təcrübəli arxeoloqların rəhbərliyi altında praktiki qazıntılarda iştirak edirlər. Onlar qazıntı sahəsinin hazırlanması, koordinat torunun qurulması, reper nöqtəsinin müəyyən edilməsi və ərazinin təmizlənməsi qaydalarını öyrənirlər. Praktiki məşğələlər zamanı mədəni təbəqələrin tədqiqi, tikinti qalıqlarının və artefaktların aşkar edilərək sənədləşdirilməsi, plan və çertyojların hazırlanması, həmçinin fotoqeydiyyatın aparılması bacarıqlarına yiyələnirlər. Proqram çərçivəsində mədəni təbəqənin stratiqrafiyasının izlənilməsi, profil və sxemlərin hazırlanması, arxeoloji materialların çöl şəraitində sənədləşdirilməsi, tapıntıların ilkin təmizlənməsi, qorunması və təsnifatının aparılması üzrə praktiki bacarıqlar formalaşdırılır. Əsas qazıntı və təlim işləri ilə yanaşı, yay məktəbinin proqramına Şəmkir bölgəsində yerləşən digər tarixi-arxeoloji abidələrə və muzeylərə ekskursiyalar da daxildir. Bu səfərlər tələbələrə aparılan tədqiqatların tarixi və mədəni kontekstini daha dərindən anlamağa, bölgənin səciyyəvi arxeoloji abidələri və artefakt nümunələri ilə yaxından tanış olmağa imkan verir. Arxeoloji yay məktəbi Bakı Dövlət Universitetinin tələbələrinin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsi, onların arxeoloji irsin tədqiqi, qorunması və təbliği sahəsində peşəkar bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tələbələr abidənin narınqala sahəsində IX–X əsrlərə aid monumental binanın tədqiqinə təcrübəli arxeoloqların nəzarəti altında tədqiqat qrupunun üzvü kimi qoşularaq ilkin peşə bacarıqları qazanırlar. Onlar qazıntı sahəsinin hazırlanması, qazıntı alətlərindən istifadə, artefakt və osteoloji qalıqların aşkar edilməsi, təmizlənməsi, götürülməsi və qeydə alınması qaydalarını öyrənir, həmçinin arxeoloji tapıntıların sənədləşdirilməsi üsulları ilə tanış olurlar.

Yay arxeoloji məktəbində tələbələr, həmçinin çöl arxeologiya üzrə nəzəri təlimlərə cəlb olunur. Tələbələr arxeologiyanın elmlər sistemində yeri, arxeoloji abidələr növləri və keçmiş cəmiyyətlərin öyrənilməsində əhəmiyyəti, arxeoloji kəşfiyyat və arxeoloji axtarışlarda tətbiq olunan yeni texnologiyalar, daş dövrü düşərgələrinin, kənd tipli yaşayış yerlərinin və qədim şəhər yerlərinin arxeoloji qazıntı üsulları, mədəni təbəqə və stratiqrafiya, açıq və qapalı arxeoloji komplekslər, arxeologiyada rekokonstruksiya və s. məsələlər üzrə bilgilər əldə ediblər.

Qeyd edək ki, Şəmkir arxeoloji yay məktəbi avqustun 9-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Avqust 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri